BNA "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb.

Bu barədə Metbuat.az-a Agentlikdən bildirilib.

Müraciətdə qeyd edilir ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür. Bu çərçivədə əvvəlcədən də məlumat verildiyi kimi yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (https://bna.az/az/news/1483)

"Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi tövsiyə edirik. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır", - müraciətdə deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR