Ankaradakı vacib görüşün detalları:

Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş davam edir.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzusu Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi antiterror əməliyyatları və Ukraynadakı vəziyyətdir. Bildirilir ki, taxılın Ukrayna limanlarından ixrac edilməsi üçün Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizinin qurulmasını tələb edir. Rusiyanın isə bunu yerinə yetirməsi üçün şərtləri var. İddialara görə, Ukraynadan ixrac edilən taxıl Türkiyəyə, buradan isə dünya bazarına çıxarılmalıdır.

Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatları keçirmək planı Rusiyanı narahat edir. Türkiyə hökumətindəki mənbə Röyters agentliyinə bildirib ki, Rusiyanın mövqeyindən asılı olmayaraq, Türkiyə hərbi əməliyyatı təşkil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR