Azərbaycanda bağçada azyaşlıya qarşı ZORAKILIQ - Nazirlik araşdırma APARIR / VİDEO

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib.

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək", - o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR