Azərbaycan çempionu vəfat edib

"Turan" klubunun sabiq futbolçusu Eldar Bədəlov vəfat edib.

"Turan Tovuz"un Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, keçmiş yarımmüdafiəçi 55 yaşında qəfildən dünyasını dəyişib.

Bədəlov 1993/1994 mövsümündə "Turan"la Azərbaycan çempionu olub. Veteran futbolçu daha əvvəl "Neftçi" klubunun akademiyasında da çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR