İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub

"Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb".

Metbuat.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.

O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib. O bildirib ki, eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib.

Ziyəddin Kazımov qeyd edib ki, aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi məqsədəuyğundur. Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.

Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR