Səfər Mehdiyev: "DGK 5 ayda nəzərdə tutulan büdcə öhdəliyini 120 % yerinə yetirib"

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03 % yerinə yetirib.

Metbuat.az xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında yayıb.

"Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir", - deyə o, əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR