Avropanı işğal etmək lazımdır -

Çeçenistan lideri Ramzan Kadırov Avropa ölkələrini təhdid edib.

Metbuat.az xəbər verir ki, o, Avropada "dəyəri olmayan" ölkələrin işğal edilməsini irəli sürüb. “Mənə qalsa dəyəri olmayan bütün Avropa ölkələrini ələ keçirərdim” deyən Kadırov, Rusiyaya və Prezident Vladimir Putinə qarşı olan dövlətləri tənqid edib:

“Putin və rus xalqına qarşı olan ölkələri yavaş-yavaş ələ keçirərdim. Onda ABŞ-ın heç bir müttəfiqi qalmazdı. Müharibə bütün qadağalar ləğv edilib onlar üzr istəyənə qədər davam etməlidir”.

Kadırov iddia edib ki, Ukraynadakı müharibə əhalinin rifahını yaxşılaşdırmaq üçündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR