Əliyar Ağayev Yunanıstan çempionatının oyununa

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı ədalət təmsilçisi çempionatda qalmaq uğrunda keçiriləcək “Veriya” – “Lamiya” ilk final qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 11-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR