Ukraynalı jurnalistin sualı Lavrovu özündən ÇIXARTDI:

Xəbər verdiyimiz kimi, ötən günü Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Metbuat.az xəbər verir ki, danışıqların yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı jurnalistin sualına sərt reaksiya verib.

Ukraynanın İctimai Televiziyasının jurnalisti sual vermək istədiyini deyib. Jurnalistin bu istəyinə Lavrovun cavabı “Əlbəttə ki, verə bilərsiniz, biz Ukraynada deyilik, biz azad bir ölkədəyik, Türkiyədəyik" deyə cavab verib.

Jurnalist XİN rəhbərinə “Ukraynadan oğurlanmış taxıldan başqa, daha nə satdı" sualı Lavrovu özündən çıxarıb:

“Başınız hər zaman nəyisə oğurlamaqla bağlı qarışır və düşünürsən ki, hamı bunu edir? Biz açıq elan edilmiş məqsədlərin həyata keçirilməsi ilə məşğuluq: Ukraynanın şərqini neonasist rejiminin təzyiqindən təmizləmək”, - deyə Lavrov cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR