Zəhərli qazlar ətrafa yayıldı:

Çilinin Kuintero bölgəsində misəritmə fabrikindən sızan kimyəvi maddələr onlarla insanın zəhərlənməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, onların arasında uşaqlar da var. Rəsmi mənbələrin məlumatına görə, fabrik dövlətə məxsusdur. Kimyəvi maddənin təsiri bir neçə qəsəbəyə təsir göstərib. Araşdırmalara görə, insanları zəhərləyən kükürd dioksid qazı olub. Qaz rəngsiz olsa da təhlükəlidir. Bölgədə tədbirlər görülüb. İnsanlar təxliyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR