İstanbul Respublika Prokurorluğu video paylaşaraq uşaq dünyaya gətirdiyini iddia edən transseksual Mükremin Gezgin barəsində araşdırmalara başlayıb.
Metbuat.az xəbər verir ki, uzun zamandır hamilə olduğunu iddia edən sosial media fenomeni, körpə ilə video paylaşaraq uşaq dünyaya gətirdiyini iddia edib. Onun paylaşımı sosial media etirazlara səbəb olub. Etirazlardan sonra onun sosial media hesabları bloklanıb. Mükremin Gezgin isə buna qarşı çıxıb. Uşağın valideynlərinin kim olduğu barədə məlumat yoxdur.