"Sabah" klubu Azərbaycan yığmasının futbolçusunu transfer edib

“Sabah” klubu heyətini Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevlə gücləndirib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

O, “Sabah”da 9 nömrəli formada çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR