Kanada Rusiyaya sanksiya tətbiq etdi

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Metbuat.az xəbər verir ki, sanksiyalar Rusiyanın əsasən neft və təbii qaz sahəsini əhatə edir. Həmçinin Kanada Rusiyadan 28 məhsulun ixracına qadağa tətbiq edib. Məlumata görə, qadağa qoyulan məhsullar Rusiyaya gəlirin 50 faizini əhatə edir.

Bildirilir ki, Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyaların müddəti Rusiyanın həmlələrinə görə dəyişəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR