Tramp dövlət çevrilişinə cəhddə

Keçmiş ABŞ prezidenti Donald Tramp çevriliş cəhdi məqsədi ilə keçən ilki Kapitol qiyamının təşkil edilməsində ittiham olunur.

Metbuat.az BBC-ə istinadla xəbər verir ki, Komitənin Respublikaçı sədr müavini Liz Çeyni deyib ki, Tramp “bu hücumun alovunu yandırıb”.

Qeyd edək ki, Kapitol qiyamı 6 yanvar 2021-ci ildə qanunvericilər Co Baydenin seçkilərdə qələbəsini təsdiqləmək üçün bir araya gələndə Tramp tərəfdarlarının Konqresə basqını zamanı baş verib.

Təxmini, bir illik araşdırmadan sonra, Demokratların rəhbərlik etdiyi ABŞ Nümayəndələr Palatasının seçmə komitəsi Trampın yaxın adamları ilə apardığı müsahibələrdən fraqmentlər göstərməklə işin üstünü açıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR