Onların izinə düşdülər -

NASA yadplanetlilərlə bağlı iddiaları araşdırmaq üçün qrup qurub.

Metbuat.az xəbər xəbər verir ki, bu barədə NASA-dan açıqlama verilib. Bildirilib ki, havada baş verən naməlum görüntülərin səbəbləri elmi cəhətdən nəzərdən keçiriləcək. Açıqlamada deyilir ki, səmada baş verən hadisələr həm milli təhlükəsizliyi, həm də səmadakı təhlükəsizliyi yaxından maraqlandırır. Məlumata görə, indiyə qədər yadplanetlilərlə bağlı irəli sürülən iddialara dair sübutlar mövcud deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Müdafiə Nazirliyi oxşar araşdırmalara başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR