"Real Madrid"in ulduz futbolçusunun tanışlıq mesajı ifşa oldu:

“Real Madrid” klubunun hücumçusu Vinisius Juniorun sosial media hesabı haker hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, hakerlər onun sosial media hesabını ələ keçiriblər. Nəticədə futbolçunun yazdığı mesajlar ifşa olunub. Hakerlər 21 yaşlı futbolçunun tanışlıq üçün aktrisa Ester Ekspositoya yazdığı mesajı yayımlayıb. Mesajda deyilir:

“Məşhuram. Yaxşı əzələlərim var. Braziliya milli komandasında forma geyinirəm. Sinəm və bədənim çox mükəmməl vəziyyətdədir. Mənimlə tanış olmaq istəyərsən?”.

Hələlik tərəflər məsələ barədə açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR