“Sputnik Azərbaycan”ın şef-redaktoru və həyat yoldaşı Azərbaycandan çıxarılır

“Sputnik Azərbaycan” saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda həmin şəxslərin adları qeyd edilib.

“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı iyunun 6-da verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR