Rusiyadan Yaponiyaya GÖZLƏNİLMƏZ QADAĞA:

Rusiya Yaponiyanın Kuril adaları sahillərində balıq ovlamasına qadağa qoyacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya hökumətindən açıqlama verilib. Bildirilib ki, yaponiyalı balıqçılara verilən icazə ləğv ediləcək.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi Moskva və Tokio arasında dəniz canlıların ovlanmasına dair sənədin təxirə salındığını açıqlamışdı. Buna səbəb Yaponiyanın maliyyə öhdəliyini pozmasıdır. Bildirilib ki, Yaponiya maliyə öhdəliyini yerinə yetirənə qədər sənəd ləğv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR