Putinin sevgilisi sanksiyalardan sonra ilk dəfə

Putinin gimnast sevgilisi və "iki oğlunun anası" sanksiyalardan sonra ilk dəfə görülüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı Alina Kabaeva Qara dəniz sahilindəki Soçi kurortunda təlim-məşq toplanışında 28 uşaqdan ibarət qrupa dərs deyərkən görüntülənib. Qeyd edək ki, olimpiadada qızıl medal qazanmış bədii gimnast Alina Kabaevanın Putinlə 2015 və 2019-cu il təvəllüdlü iki oğlunun olduğu iddia edilir. Lakin Rusiya ictimaiyyətinə onun əsl statusu barədə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ona keçən ay İngiltərə, ardınca Kanada və Avropa İttifaqı sanksiyalar tətbiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR