ABŞ rəsmisi Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Səfər zamanı, o, Vaşinqtonun bütün regionda siyasi, iqtisadi və şəxsiyyətlərarası əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu vurğulayacaq.

Həmçinin bildirilib ki, səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönələn diplomatik səylərinə dəstəyini ifadə edəcək, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, transmilli təhdidlərlə mübarizədə, fundamental azadlıqların qorunmasında və ikitərəfli ticarətin və investisiyaların təşviqində Azərbaycanın tərəfdaşdığını ifadə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR