Bakıda küçədə meyit tapılıb, yaxınları axtarılır -

Cari il mayın 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsi A.Rzayev küçəsində 55-60 yaşlı naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 şəhər və (070) 299-06-08; (050) 299-07-08 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatdaq eyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR