Türkiyə ordusu Suriyada əməliyyat keçirəcək - 25 min nəfərlik ordu hazırdır

Türkiyənin Suriyanın şimalında keçirməyi planlaşdırdığı əməliyyat zamanı ilkin mərhələdə təxminən 25 min nəfərlik Türkiyə ordusu iştirak edəcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə şənbə günü TGRT telekanalı bildirib. Məlumatda qeyd olunur ki, əməliyyata hazırlıq başa çatıb. Daha əvvəl yayılan xəbərlərlə görə, əməliyyata ümumilikdə 50 minə yaxın türk hərbçisi və Ankaranın nəzarətində olan Azad Suriya Ordusunun 5 min yaraqlısının cəlb edilməsi planlaşdırılır.

Türkiyə ordusunun yeni əməliyyatının hədəfi Tel-Rifat və Mənbic bölgələridir. Artıq oraya cəlb olunan bütün birləşmələr hərbi əməliyyatların başlamasına hazırdırlar.

Türkiyənin müdafiə naziri Hulusi Akar Habertürk telekanalına müsahibəsində deyib ki, əməliyyat lazım olan vaxtda başlayacaq. O əmin edib ki, əməliyyat sırf terrorçulara qarşı aparılacaq və Türkiyə burada başqa məqsəd güdmür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR