20 Yanvar şəhidlərinin ailələrinə 50 manat yardım edilib

20 Yanvar şəhidlərinin ailələrinə 50 manat yardım edilib
11:19 19 Yanvar 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 112 şəhid ailəsinin və 316 nəfər  20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

20 Yanvar əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. ƏƏSMN tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlərdə 20 Yanvar əlillərinin də mütəmadi olaraq iştirakı təmin olunmaqla, həmin şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə müvafiq işlər görülür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR