Bakıda ağacların qurudulmasının qarşısı alınıb

Bakıda ağacların qurudulmasının qarşısı alınıb

Bakı Şəhər İcra Hakimiyyətindən Metbuat.az-a verilən xəbərə görə, Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxil olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.

Ağacların dibindən torpar nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcəkdir. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcəkdir.

Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, movcud ağaclara aqrotexniki qulluq göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR