Tarixlərinin ən bahalı transferinə hazırlaşırlar:

“Liverpul” tarixinin ən bahalı transferini həyata keçirməyə hazırlaşır.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, ingilislər “Benfika”nın hücumçusu Darvin Nunes üçün 100 milyon avro təklif edib. Bu məbləğin 20 milyonu bonuslardır. Məlumata görə, Yurgen Klopp Nunes transferi üçün israr edir. Təklif edilən məbləğ “Benfika”nı qane edir. Nuneslə "Real Madrid"in də ciddi maraqlandığı bildirilir. Lakin Nunesin İngiltərədə oynamağa müsbət yanaşdığı irəli sürülür.

Qeyd edək ki, hazırda “Liverpul” tarixinin ən bahalı transferi Virdcil van Deykdir. Müdafiəçi 85 milyon avroya transfer edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR