Norveç NATO-ya ödədiyi pulları geri istəyir -

Norveç NATO helikopterləri üçün ödədiyi pulları geri istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamaya görə, Norveç NH-90 tipli hərbi helikopterlər üçün 2001-ci ildə imzaladığı müqaviləni ləğv edib. Səbəb isə helikopterlərdə qüsurların olması və təhvil verilməsinin gecikdirilməsidir. Bildirilib ki, helikopterlər Norveç ordusunun tələblərinə cavab vermir. Buna görə, Oslo ödədiyi 500 milyon avronu geri istəyir.

Qeyd edək ki, NH-90 helikopterləri hərbi ittifaqın tələblərini qarşılamaq üçün özəl olaraq hazırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR