Türkiyə dünyadakı hadisələrə istiqamət verən ölkədir -

“Türkiyə dünyadakı hadisələrə istiqamət verən ölkələrdən birinə çevrilib”.

Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, hazırda dünya miqyasında vacib hadisələr baş verir. “Balans dəyişir, böhranlar və müharibələr var” deyən Çavuşoğlu, Türkiyənin dünyada vacib ölkə kimi qəbul edildiyini ifadə edib.

“Türkiyənin dünyada vacib ölkəyə çevrilməsi öz-özünə olmadı. Bu, ədalətli, obyektiv və balanslı siyasət nəticəsində oldu” - deyə Çavuşoğlu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR