"iPhone"nun qiyməti düşür

"iPhone"nun qiyməti düşür
13:01 25 Dekabr 2014
184 Digər
Ölkə mətbuatı
A- A+

"Apple" daha bir yeniliyə imza atmağa çalışır. ANS PRESS-in məlumatına görə, "iPhone 6" və "iPhone 6 Plus"dan sonra şirkət yeni smartfonun hazırlıqlarına başlayıb.

Gələn il smartfonlar siyahısına "iPhone 6S mini" əlavə edilə bilər. Yenilik mövcud son model telefonların qiymətinin də düşməsinə səbəb olacaq.

"Apple"in 6-cı nəsil iPhone modellərində dizayn dəyişikliyi edilib. Dəyişikliyin "iPhone 6S mini"də də hiss ediləcəyi istisna edilmir. Telefonun ekranın ölçüsü 4 düym olacaq.
6S mini modeli ilə "iPhone 5" modelinə geri dönüş də hiss ediləcək.

Yeniliyin gələn ilin ortalarında təqdim ediləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR