Bakı Zooloji Parkının tarixində ilk! - Pələng balası doğulub /

Bakı Zooloji Parkında pələng balası doğulub.

Metbuat.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası - Nur.

Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR