ŞOK ÇAĞIRIŞ: Ukraynaya nüvə silahı verin - “Putini saxlamağın yolu budur”

Polşanın keçmiş xarici işlər və müdafiə naziri, Avropa Parlamentinin nümayəndəsi Radoslav Sikorski qərbi Ukraynaya nüvə silahı verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna suverenliyini müdəfiə edə bilmək üçün nüvə silahına sahib olmalıdır. O deyib:

“Ukrayna 1994-cü ildə Budapeştdəki müqavilədən sonra nüvə silahlarından imtina etdi. Lakin Rusiya Budapeşt sazişini pozduğuna görə, Qərbin Ukraynaya nüvə silahı verməsinin haqqımız olduğuna inanıram”.

Keçmiş nazir hesab edir ki, nüvə silahı Prezident Vladimir Putini geri addım atmağa vadar edər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR