ABŞ və Ukrayna arasında gərginlik: Bayden Zelenskini ittiham etdi -

Ukrayna tərəfi ABŞ Prezidenti Co Baydenin “Zelenski xəbərdarlıqlarımızı nəzərə almadı” tənqidinə cavab verib.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforovun sözlərinə görə, ölkə liderləri Rusiyanın təhdidləri ilə bağlı bir neçə dəfə telefon əlaqəsi yaradıblar. Sözçü bildirib ki, Bayden “Zelenski diqqətə almadı” sözlərinə aydınlıq gətirməlidir. Nikoforov qeyd edib ki, Rusiya hücum etməmişdən əvvəl Zelenski Moskvaya qarşı qabaqlayıcı sanksiyaların tətbiq edilməsini tələb edib.

“Biz əslində müttəfiqlərimizin bizi diqqətə almadığını deyə bilərik” - sözçü ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR