İsrail Livanı hədələdi

“Mümkün müharibə zamanı Livanda məhv edəcəyimiz minlərlə hədəf müəyyən etdik”.

Metbuat.az xəbər verir ki, İsrailin Baş Qərargah rəisi Aviv Koçavi belə açıqlama verib. O bildirib ki, Livandakı raket sistemlərinin, silah anbarlarının və qərargahların yerləşdiyi ərazilər İsrail ordusuna məlumdur. Onun sözlərinə görə, mümkün müharibə zamanı bu hədəflər vurulacaq.

Qeyd edək ki, Livanın cənub sərhədindəki bölgələr İranın dəstəklədiyi “Hizbullah”ın nəzarətindədir. “Hizbullah” İsrail və Livan arasındakı mübahisəli sularda təbii qaz axtaran Yunanıstana məxsus gəmiyə etiraz etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR