Azərbaycan meyvə-tərəvəz məhsullarını Körfəz ölkələrinə ixrac edə bilər

Azərbaycanda istehsal edilən meyvə-tərəvəz məhsullarının Körfəz ölkələrinə ixracı ilə bağlı imkanlar müzakirə olunub.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Metbuat.az-a verilən məlumata görə, qeyd olunan məsələyə Birləşmiş Ərəb Əmirliklərinin "Ecogarden" şirkətinin nümayəndələri ilə yerli sahibkarlar arasında təşkil olunan onlayn görüşdə baxılıb.

Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyi, AZPROMO-nun nümayəndələri də iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR