Ukrayna müharibəsinin “qalibi” onlardır: Pandemiyadan sonra... -

“Rusiya-Ukrayna müharibəsinin “qalibi” silah şirkətləridir”.

Metbuat.az xəbər verir ki, bu barədə Trthaber-də dərc olunan təhlildə deyilir. Məqalədə bildirilir ki, müharibənin hələ davam etməsinə baxmayaraq Avropa və ABŞ-ın silah şirkətləri gəlirlərini artıq iki dəfə artırıb. Ən çox gəlir əldə edən ABŞ-ın “Raytheon”, “Lockheed Martin” və “Noerthrop Grumman” şirkətləri olub. Avropanın müharibədən yüksək gəlir əldə edən şirkətləri isə Böyük Britaniyanın “BAE Systems” və Fransanın“Thales” şirkətləri olub. Bildirilir ki, pandemiya dövründə bu şirkətlərin gəliri çox aşağı olub. Müəllifin sözlərinə görə, müharibə bəzi Avropa ölkələrini müdafiə xərclərini artırmağa sövq edib. Bu da yeni silahların alınması deməkdir.

Məqaləyə görə, bəzi ölkələr yardım adı altında köhnə silahlarını Ukraynaya göndərib. Əvəzində isə həmin ölkələr yeni silahlar alıb. Ukraynaya göndərilən silahlarla bağlı narahatlıq doğuran məsələ silahların bir hissəsinin naməlum qüvvələrin əlinə keçməsidir. Bu, Avropa üçün təhlükə deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR