Bayden yenə namizəd olacaq - "Ağ ev"

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Ağ evi"n mətbuat katibi Karin Jan-Pyer bildirib. O deyib ki, Bayden özü də bu barədə açıqlama verib. “Prezidentin də bildirdiyi kimi o, 2024-cü ildə namizəd olmağı planlaşdırır”- deyə sözçü ifadə edib.

Qeyd edək ki, keçmiş Prezident Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizəd olmaq istədiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR