Ukrayna ordusundan sarsıdıcı zərbə: 200 rus hərbçi öldü

Rusiya ordusu son sutkada 200 hərbçisini itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ruslar əsas itkiləri Donetsk istiqamətində veriblər. Bu bölgədə 1 helikopter vurulub. Müharibə başlayandan bəri isə Rusiya ordusunun 32500 hərbçi həlak olub. Həmçinin Rusiya ordusunun 1434 tankı, 97 hava hücumundan müdafiə sistemi, 170 helikopteri, 588 PUA-sı və digər texnikaları məhv edilib.

Qeyd edək ki, Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR