Körpülər dağıdıldı: Şəhərin mərkəzi ələ keçirilib -

Rusiya ordusu Sverdonetsk şəhərinin 70 faizini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Luqansk valisi Sergey Gaydai açıqlama verib. Onun sözlərinə görə, Rusiya ordusu şəhərin mərkəzini ələ keçirib və mərkəz istiqamətində bütün körpüləri dağıdıb. Buna görə də, şəhərin mərkəzi ilə bağlantı kəsilib. Yol olmadığına görə, sakinlər şəhəri tərk edə bilmir.

“Hər 3 körpü dağıdılıb. Şəhərə daxil olmaq və ya nəsə göndərmək tamamilə imkansızdır. Təxliyə də mümkün deyil” - vali deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR