Rusiyanın işğal etdiyi şəhərin əhalisi Ukrayna banklarının kreditini

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Zaporoji vilayətində Ukrayna bankları tərəfindən əhaliyə ayrılmış kreditlər sıfırlanıb.

Metbuat.az xəbər verir ki, Zaparoje hərbi-mülki müdiriyyəti bəyan edib ki, vilayətin əhalisinin Ukrayna banklarından götürdüyü kreditlər sıfırlanacaq.

"İnsanlar soyğunçu faizlərlə alınmış kreditləri qaytarmayacaqlar, burada məntiq yoxdur. Bütün kreditlər sıfırlanacaq".

Məlumat üçün bildirək ki, Ukrayna bankları həmin ərazilərdə vətəndaşların bank əmanətlərini bloklayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR