Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmiri yekunlaşıb - FOTO / VİDEO

Bakının Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmir işləri yekunlaşıb.

Metbuat.az xəbər verir ki, barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Məlumata görə, küçənin uzunluğu 1300, eni isə 8 metr təşkil edir. Torpaq əsaslı küçə hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı tikilib, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib,
2240 p/metr yeni piyada səkiləri inşa olunub. Küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, kommunikasiya xətlərinə aid quyu qapaqları layihə hündürlüyünə qaldırılıb. Yenidənqurma işləri 12 min kv.m-dən çox sahədə aparılıb.

2021-ci ildə Suraxanı r-da 18,5 km küçə təmir edilib. Cari ildə rayon üzrə 12,5 km küçə təmir olunur.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR