Ötən ay bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Dövlət Statistika Komitəsindən Mtebuat.az-a verilən məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətlərində müşahidə edilib.

Ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR