Bakının mərkəzində hotel satılır - Qiyməti 72 milyon manatdır / FOTOLAR

Bakının mərkəzində yerləşən dəbdəbəli dördulduzlu hotel satışa çıxarılıb.

Metbuat.az Oxu.az-a istiandən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb.

“Qafqaz Baku City Hotel & Recidence” hoteli 72 milyon 750 min manata satılır.

Qeyd edək ki, kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.

Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir və şirkətin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR