ÜST meymunçiçəyinin adını dəyişdirəcək

Hazırda dünyanın bir çox ölkələrində yayılan meymunçiçəyi virusunun adı dəyişdiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib. O xəstəliklərin adlandırılmasında coğrafi bölgələrdən və heyvan adlarından qaçınmağı məsləhət görüb. ÜST rəsmisi virusun davamlı olaraq Afrikadan gəlməsi kimi ifadələrin yanlış və ayrı-seçkilik olduğunu dilə gətirib.

Bu səbəbdən meymunçiçəyi virusunun yeni adları yaxın zamanda açıqlanacaq.

ÜST meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı təhlükəni qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb. Komitənin iclası iyunun 23-də keçiriləcək.

Son məlumatlara görə, 39 ölkədə 1,6 mindən çox insanda meymunçiçəyinə yoluxma aşkarlanıb. İlin əvvəlindən indiyədək meymunçiçəyinə yoluxan 72 nəfər ölüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR