Pensiya alanların sayı açıqlandı

Pensiya alanların sayı açıqlandı
11:21 19 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 290,1 min nəfər təşkil edir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 2014-cü ilin əvvəlinə 1277,1 min nəfər olub.

İlkin məlumatlara əsasən, əmək pensiyası alanlar yanvar-dekabr aylarında 13 min nəfər və ya 1 faiz artaraq (o cümlədən yaşa görə 8 min nəfər azalıb, ailə başçısını itirməyə görə 4,3 min nəfər, əlilliyə görə 16,7 min nəfər artıb) 1 yanvar 2015-ci il tarixinə 1 290,1 min nəfər təşkil edib.

2015-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat təşkil edib.

Əmək pensiyası-“Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Əmək pensiyasının üç növü var- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR