Qərbdən Ukraynaya ŞOK: "Bu silahlar verilməyəcək" - Zelenskini rus bıçağının altına "atdılar”

“ABŞ Ukraynaya uzun mənzilli raketləri vermək fikrindən imtina edib”.

Metbuat.az xəbər verir ki, bu barədə "Times" qəzeti ekspertlərin rəyinə əsasən məqalə yayıb. Bildirilir ki, məsələ barədə rəsmi açıqlama olmasa da, ekspertlər hesab edir ki, ABŞ-ın qərarını dəyişməsi Prezident Vladimir Putinin hədəsi ilə bağlı ola bilər. Putin Ukraynaya uzun mənzilli raketlərin veriləcəyi təqdirdə indiyə qədər hədəfə alınmayan ərazilərin bombalanacağını açıqlamışdı. Ekspertlər iddia edir ki, Qərb Ukraynaya silah tədarükünü ya azaldıb, ya da gecikdirir. ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə qarşılıqlı ittihamları da buna işarədir. Ukrayna tələb etdiyi silahları Qərbdən ala bilmir. Məlumata görə, Ukraynadakı silah fabrikləri artıq işləmir. Ukrayna mübarizə aparmaq üçün lazım olan silahları istehsal edə bilmir. Bu da Kiyevin tamamilə xaricdən gələn silahlardan asılı olduğunu deməyə əsas verir.

Ekspertlər hesab edir ki, belə olan halda Ukrayna torpaqlarının bir hissəsindən imtina edərək tək seçimi olan danışıqlar masasına əyləşmək məcburiyyətində qala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR