Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib -

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Dağlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2018 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR