Baş Prokuroluğun əməkdaşları beynəlxalq seminarda iştirak edib - FOTOLAR

Cari ilin 13-15 iyun tarixlərində Moskva şəhərində "Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycanın Baş Prokurorluğu arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Proqramı"nın 2-ci bəndinin icrası ilə əlaqədar "Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə, habelə İnternetdə qadağan olunmuş məlumatların, o cümlədən ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə" adlı seminar keçirilib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarda Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ramil Ədilov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənovdan ibarət nümayəndə heyəti iştirak edib.

Seminar zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlər, qadağan olunan, ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR