DSMF-nin gəlir və xərclərində artım olub

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 7 faizvə ya 159 mln. manat çox olmaqla 2 mlrd. 300 mln. manat təşkil edib.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, fondun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya108 mln. manat artaraq 2 mlrd. 179 mln. manat olub.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib: Yanvar-may aylarında bu daxilolmalarda 10 faiz və ya 157 mln. manat artım baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR