Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədir

Üç Avropa ölkəsinin liderləri Ukraynaya səfər edib.

Metbuat.az "BBC"yə istinadla xəbər verir ki, Fransa, Almaniya və İtaliya liderləri Kiyev yaxınlığındakı İrpinə, müharibənin əvvəlində rus qoşunlarının işğal etdiyi şəhərə səfər edib.

Emmanuel Makron, Olaf Şolts və Mario Draqiyə şəhərdə baş verənlər və həyatı normallaşdırmaq üçün görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, İrpin Kiyevin astanasındadır və martın əvvəlində paytaxtı fəth etmək niyyətində olan rus qoşunları şəhəri ələ keçiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR