Mourinyo türk ulduzu istəyir:

“Roma” klubunun baş məşqçisi Joze Mourinyo “Lill” forması geyinən türk futbolçu Zəki Çelikin alınması üçün israr edir.

Metbuat.az xəbər verir ki, bu məqsədlə mütəxəssis özü futbolçuya zəng edərək, “Roma”ya gəlməsini istəyib. Məlumata görə, “Roma” Zəki üçün 10 milyon avroluq büdcə ayırıb. Türk futbolçu Mourinyonun rəhbərliyi altında oynamağa müsbət yanaşır. Zəki üçün başqa klublardan da təklif var.

Qeyd edək ki, sağ cinah müdafiəçisi olan Zəki ötən mövsüm 3 qol vurub, eyni sayda qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR