"Putinin qarşısını ala bilən lider yoxdur" -

“Putini dayandırmaq üçün birlik olmalıyıq”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, hazırda dünyada Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu müharibəni dayandırmağa məcbur edəcək lider yoxdur. Zelenskinin sözlərinə görə, Rusiyanı yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.

Zelenski Qərbə səslənərək Rusiya ordusunun qarşısında sürətlə uğurlar qazanmaq üçün daha çox silah tələb edib. O, Qərb ölkələrinə bu günə qədər göstərdikləri silah dəstəyinə görə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR